Pula ehtiyacı olan qadınları fahişəliyə cəlb etdi
09 fevral 2021 15:05 (UTC +04:00)

Pula ehtiyacı olan qadınları fahişəliyə cəlb etdi

Gəncədə bir neçə qadını fahişəliyə cəlb etməkdə təqsirli bilinən Cəmilə Gülməmmədovanın cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Gəncə şəhər Kəpəz rayon Məhkəməsinə göndərilib. İş hakim Cavid Tağıyevin icraatına verilib. Zərərçəkmiş qismində 5 qadın çıxış edib.

Xatırladaq ki, ötən ilin iyun ayında Bakının Nərimanov rayonunda keçirilən əməliyyat zamanı Gülməmmədova Cəmilə Vidadi qızı həbs edilib.

Məlum olub ki, o, Bakıda da əxlaqsız yuvası təşkil edib, qadınları pul müqabilinə kişi müştərilərlə görüşdürüb və bunun nəticəsində maddi gəlir əldə edib. Bundan başqa, o, 10-dan çox qadını fahişəliyə cəlb edib.

Cəmilə Gülməmmədova, adətən maddi cəhətdən çətinlik çəkən qadınları bu yola salmağa məcbur edib.

İstintaq orqanı tərəfindən Cəmilə Gülməmmədovanın barəsində Cinayət Məcəlləsinin 243.1-ci (gəlir və ya digər fayda əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmə) maddəsi ilə ittiham elan edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5217
avatar

Mehman Nəbiyev

Oxşar yazılar