Rusiyanın Krasnodar şəhərində bir nəfər polisə hücum edərək xidməti silahını əlindən alıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, ilkin məlumata görə, hadisə gecə saat 2 radələrində Luzana küçəsində baş verib. Naməlum şəxs patrul əməkdaşını vəhşicəsinə döyüb, sonra onun silahını və telefonunu oğurlayıb. Ehtimal olunur ki, bu, bir neçə ildir federal axtarışda olan Başqırdıstandan olan 32 yaşlı Marat Abdyuşevdir.
Hələlik məlumatın rəsmi təsdiqi yoxdur, lakin mənbələr iddia edir ki, Abdyuşev hələ də azadlıqdadır və hazırda aktiv axtarış aparılır.