Rusiyanın Krasnodar diyarında gənc polis və arvadı öldürülüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Beloreçensk şəhərində baş verib. 23 yaşlı polis və onun 19 yaşlı həyat yoldaşı qətlə yetirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi (“İki nəfərin öldürülməsi”) ilə cinayət işi başlanıb. İstintaqın gedişi və nəticələri Beloreçensk Rayonlararası Prokurorluğunun nəzarətindədir.
Cütlük Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən Lenin küçəsindəki mənzildə baş verən yanğını söndürdükdən sonra tapılıb. Hər ikisinin boyunlarında kəsilmiş yaralar aşkarlanıb. 29 yaşlı Dmitri F. polisi və onun həyat yoldaşını öldürməkdə şübhəli bilinir.