Rusiyanın Amur vilayətində keçmiş polis əməkdaşı və onun iki şəriki quldurluqda təqsirli bilinib.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Blaqoveşensk şəhərində baş verib. 2024-cü ilin may ayında üç kişi, yanlarından keçən bir oğlanın narkotik paylaması ilə məşğul olduğunu irəli sürüblər. Dostlar onu tutub döyüblər.
Onlar gənci döyəndən sonra maşına mindirib və özlərinə pul köçürməsini tələb ediblər.
Həmin şəxslər həbs cəzasına məhkum ediliblər.