Türkiyədə dəhşətli ailə faciəsi olub.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Kastamonu şəhəri İhsanqazi qəsəbəsində baş verib.
Evlərdən birində ana Şaizer Gebeşoğlu və oğlu Özkan Gebeşoğlunun meyitləri tapılıb. Araşdırma zamanı məlum olub ki, oğul əvvəlcə tüfənglə anasını öldürüb. Sonra isə həmin silahla özünü də vuraraq, intihar edib.
Məlumata görə, Özkan Gebeşoğlu uzun müddətdir psixoloji xəstəlikdən əziyyət çəkirmiş.
Faktla bağlı araşdırma aparılır.