Moskvada "qanuni oğru" Zaur tutuldu -  VİDEO
23 iyun 2022 13:43 (UTC +04:00)

Moskvada "qanuni oğru" Zaur tutuldu - VİDEO

Rusiyanın paytaxtı Moskvada 50 yaşlı “qanuni oğru” tutulub.

Lent.az-ın yerli mediaya istinadla məlumatına görə, kriminal aləmdə “Zaur Suxumski” ləqəbli ilə tanınan Zaur Qvadzabyanın üzərindən 4 qram mefedron götürülüb.

İlkin dindirmələr zamanı onun “qanuni oğru” olub-olmaması barədə sual verilib və o, bu suala “mən Rusiya vətəndaşıyam”, - cavabını verib.

Qeyd edək ki, o, Kutaisi şəhər klanına aiddir.

 

Moskvada "qanuni oğru" Zaur tutuldu

# 4206
avatar

Mehman Nəbiyev

Oxşar yazılar