Məktəbdə sinif yoldaşını döyüb öldürdü
28 fevral 2024 15:18 (UTC +04:00)

Məktəbdə sinif yoldaşını döyüb öldürdü

Türkiyədə məktəbdə qətl hadisəsi olub.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, hadisə İstanbul şəhərinin Sancaktepe qəsəbəsində yerləşən Aziz Bayraktar İmam Hatip liseyində qeydə alınıb.

Məlumata görə, 9-cu sinif şagirdləri 15 yaşlı Muhammet Efe Qarip və sinif yoldaşı 14 yaşlı E.E. arasında söz atmaq səbəbilə dava olub. Dava zamanı başından xəsarət alan Muhammet Efe Qarip yerə yıxılıb. Hadisə yerinə gələn təcili tibbi yardım həkimləri şagirdin öldüyünü bildiriblər.

Saxlanılan E.E. isə məhkəmə qərarı ilə həbs edilib.

Muhammet Efe Qarip

E.E.

# 3516
avatar

Oxşar yazılar