"Lotu Quli"nin yaxın adamı  Goranboyda öldürüldü - Üstündən maşınla keçdilər
18 iyul 2024 10:14 (UTC +04:00)

"Lotu Quli"nin yaxın adamı Goranboyda öldürüldü - Üstündən maşınla keçdilər

Goranboyda avtomobil piyadanı vuraraq öldürüb.

Lent.az xəbər verir ki, hadisə Veyisli kəndində baş verib. Xəsarət alan 40 yaşlı Əhməd Ərəbov xəstəxanaya çatdırılsa da, orada ölüb.

Məlumata əsasən, rayon sakini Tarzan Şamilov idarə etdiyi “Ford Fusion” markalı avtomobillə dostu olan Ə. Ərəbovun “Kia” markalı avtomobilini arxadan vurub. Bu zaman Ə. Ərəbov avtomobildən düşüb. Ancaq T. Şamilov dayanmayıb və dostunu vuraraq, üstündən keçib.

Nəticədə o, ağır xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib. Lakin görülən tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

İddialara görə, dostlar arasında mübahisə torpaq üstündə yaranıb.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis mayoru Eşqin Qasımov Lent.az-a bildirib ki, Goranboy rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində qəza törədərək hadisə yerindən yayınan T.Şamilov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Həmçinin məlumata görə, Ə. Ərəbov kriminal aləmdə "Kürd Amo", "Kürd Əhməd" kimi tanınıb. Onun mərhum kriminal avtoritet "Lotu Quli"nin yaxın adamlarından biri olduğu qeyd olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8313
avatar

Oxşar yazılar