“Lotu Quli”nin adamı güllələndi:  Müharibə başlayır - YENİLƏNİB
29 dekabr 2021 11:33 (UTC +04:00)

“Lotu Quli”nin adamı güllələndi: Müharibə başlayır - YENİLƏNİB

Ukraynanın Odessa vilayətində öldürülən azərbaycanlı “qanuni oğru” Nazir Əliyevlə bağlı bəzi faktlar məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, N.Əliyev “Lotu Quli”nin yaxın qohumudur. O, “Quli” öldürülərkən son anda onun yanındakı adamlardan biri olub. N.Əliyev hadisədən sonra depresiyaya düşübmüş.  

Qətli törətməkdə şübhəli bilinən 45 yaşlı Şöhrətdin Vaqif oğlu Quliyevdir. O, Bakı şəhər Sabunçu rayonu Zabrat qəsəbəsi Oktyabr küçəsində yaşayıb. Yerli kriminal polisin yaydığı məlumata görə, qətl Odessa vilayətinə nəzarət uğrunda gedən kriminal mübarizələrlə əlaqədardır.

Bundan əlavə mənbə bildirib ki, bu qətl qisas xarakterlidir. Belə ki, bu il avqustun 3-də Ukraynanın Odessa şəhərində azərbaycanlı kiçik sahibkar, 25 yaşlı Laçın Məmmədov yaşadığı binanın həyətində tapança-pulemyotdan açılan çoxsaylı atəşlər nəticəsində öldürülüb. L. Məmmədovun Ş. Quliyevin qohumu olduğu bildirilir. Killer hadisə yerindən qaçıb və onun ötən ilin avqustunda Antalyada güllələnən, “Lotu Quli” ləqəbli  məşhur azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun qruplaşmasına mənsub olduğu qeyd olunur. 

Qeyd olunur ki, kriminal qruplaşmalar arasında müharibələrə səbəb ola bilər.

***

saat 10:19

Odessadakı bilyard klubunda bir nəfər güllələnib. Daha bir nəfər yaralanıb.

Lent.az Ukrayna mediasına istinadla bildirir ki, bu barədə Milli Polisin Odessa vilayəti üzrə Baş İdarəsi məlumat yayıb.

Hadisənin “Arena” bilyard zalında baş verdiyi bildirilir. Güllələnən "Lotu Quli" kimi tanınan məşhur mərhum azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun adamlarından sayılan kriminal avtoritet Nazir Əliyevdir. Hadisəyə səbəb kimi cinayətkarların təsir dairələrini yenidən bölüşdürülməsi ilə izah edilir. 

Hadisə nəticəsində iki nəfər güllə yarası alıb. Bir nəfər ölüb, digəri xəstəxanaya yerləşdirilib.

Yerli polisdən verilən məlumata görə, N.Əliyevi öldürən həmyerlisi saxlanılıb. 

# 31197
avatar

Mehman Nəbiyev

Oxşar yazılar