Sumqayıt polisi şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 8 nəfəri saxlayıb.
Lent.az-ın APA-ya istinadla məlumatına görə,,şəhər sakinləri - əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına görə 10 il məhkumluq həyatı yaşamış Alı Alıyev, adam öldürdüyünə görə ümumilikdə 21 il məhkum olunmuş və kriminal aləmdə “Krıtı Vüqar” kimi tanınan Vüqar Şirinov, eləcə də Tərlan Balıyev, Qafur Qədimalıyev, Xaqani Bayramov, Kənan Gülmalıyev, Rəşad Mahmudov və əvvəllər məhkum olunmuş Faiq Hacıyev saxlanılaraq istintaqa cəlb edilib.
Onların üzərinə keçirilən baxış zamanı müxtəlif bükümlərdə ümumi çəkisi 100 qrama yaxın heroin, marixuana və psixotrop maddə olan “patı” kimi tanınan metamfetamin aşkar edilərək maddi sübut kimi götürülüb.
Faktlarla bağlı Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq gedir.