Almaniyanın Ştutqart şəhərində amansız cinayətin üstü açılıb. Yerli restoranın sahibi Lehel L. sevgilisi Luminita P.-ni öldürməkdə şübhəli bilinir.
Lent.az xarici mediaya istinadla bildirir ki, bir müddət əvvəl Luminita müəmmalı şəkildə yoxa çıxıb və buna baxmayaraq, Lehel həmişəki kimi işini davam etdirib. Luminitanın qohumları narahat olmağa başlayıb və itkin düşmüş şəxs haqqında məlumat veriblər.
Dindirmə zamanı Lehelin cavablarında ziddiyyətlər olub və bu, polisdə şübhə yaradıb. Axtarışdan sonra məhkəmə-tibb ekspertləri onun evinin arxa hissəsində təlim görmüş itin özünəməxsus qoxu hiss etdiyi yerə baxıblar.
Müstəntiqlər divarı sökərkən Luminitanın cəsədini içəridə divarla örtülmüş tapıblar. Lehel dərhal qətldə şübhəli bilinərək həbs edilib və cinayət axtarış şöbəsi araşdırmalara başlayıb.