Kişi nikahı qadağan olunan 16 yaşlı qızın başını kəsdi
15 may 2024 11:36 (UTC +04:00)

Kişi nikahı qadağan olunan 16 yaşlı qızın başını kəsdi

Hindistanda kişi evlənməsi qadağan olunduğu üçün 16 yaşlı gəlini öldürüb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, Madikeri şəhərindən olan 32 yaşlı Prakaşın ailəsi Surlabbi kəndində baş tutacaq toy üçün azyaşlı qızın ailəsi ilə razılaşıb. Lakin gəlinin yaşı 18-dən az olduğunu öyrənən səlahiyyətli orqanlar və uşaq hüquqlarının müdafiəsi komissiyasının nümayəndələri toy mərasimini yarımçıq qoyub.

Nəticədə nikah ləğv edilib. Hər iki ailə bununla razılaşsa da, səlahiyyətlilərin müdaxiləsi Prakaşı qəzəbləndirib. Ertəsi gün o, qızın evinə soxulub və valideynlərini vəhşicəsinə döyüb. Daha sonra o, keçmiş nişanlısını çölə çıxarıb və başını kəsib.

Bundan sonra kişi hadisə yerindən qaçıb. Hazırda polis cinayətkarı axtarır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4428
avatar

Oxşar yazılar