Bakıda quldurluq hadisəsi olub.
DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, fevralın 23-də naməlum şəxslər Tovuz rayon sakini İ.Rəsulovanı döyüb 250 manat pulunu və 1800 manat dəyərində mobil telefonunu quldurluq yolu ilə talayıb.
Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri T.Qurbanov, əvvəllər məhkum olunmuşlar - T.Cəfərov və Ə.Rəsulov saxlanılıblar.