Keçmiş məhkum "Beton zavod"da bıçaqlandı
22 fevral 2021 12:54 (UTC +04:00)

Keçmiş məhkum "Beton zavod"da bıçaqlandı

Sumqayıtda bıçaqlanma olub.

DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Sumqayıt şəhər Polis İdarəsi 4-cü Polis Bölməsinə fevralın 21-də şəhər sakini, əvvəllər məhkum olunmuş Ə.Atakişiyevin bıçaq xəsarəti ilə xəstəxanaya gətirilməsi barədə məlumat daxil olub.

Araşdırmalarla Sumqayıt şəhər sakini R.Əbilovun həmin gün saat 2 radələrində “Beton zavod” adlanan ərazidə xuliqanlıq zəminində Ə.Atakişiyevə bıçaqla xəsarət yetirməsi müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində R.Əbilov saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

# 1443
avatar

Mehman Nəbiyev

Oxşar yazılar