İsmayıllıda məktəbli bıçaqlandı
04 oktyabr 2022 10:30 (UTC +04:00)

İsmayıllıda məktəbli bıçaqlandı

İsmayıllı rayonunda bıçaqlanma hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadən xəbərinə görə, İsmayıllı rayonunun Xanagah kənd sakini, 19 yaşlı Hafiz Nəbiyev şəxsi münasibətlər zəmnində aralarında baş verən dava zamanı həmkəndlisi, Xanagah kənd tam orta məktəbin 10-cu sinif şagirdi, 15 yaşlı Fətəliyev Nihat Mübariz oğlunu bıçaqlayıb.Onların arasında mübahisə və bıçaqlanma hadisəsi kənd yolunda baş verib. Döş qəfəsindən və bədənin digər 4 nahiyyəsindən bıçaq xəsarətləri alan Nihat Fətəliyev təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Əməliyyat olunan şagirdin vəziyyəti hazırda orta-ağır qiymətləndirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov APA-nın sorğusuna cavab olaraq bildirib ki, hadisəni törədən Hafiz Nəbiyev polis əməkdaşları tərəfindən saxlanılıb, məhkəmə-tibbi ekspertizası təyin olunub.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırmalar davam etdirilir.

# 2229
avatar

Oxşar yazılar

Bələdiyyədə işləyən qadını 9 bıçaq zərbəsi ilə öldürdü:  "Polis şöbəsinin yanında..." - TƏFƏRRÜATLAR

Bələdiyyədə işləyən qadını 9 bıçaq zərbəsi ilə öldürdü: "Polis şöbəsinin yanında..." - TƏFƏRRÜATLAR

28 noyabr 2022 , 17:55
Naxçıvanın maliyyə nazirinin saxlanma SƏBƏBİ BƏLLİ OLDU

Naxçıvanın maliyyə nazirinin saxlanma SƏBƏBİ BƏLLİ OLDU

28 noyabr 2022 , 11:06
İstirahət günlərində yollarda 3 nəfər ölüb

İstirahət günlərində yollarda 3 nəfər ölüb

28 noyabr 2022 , 10:09
Şağan İdman Olimpiya Kompleksində QƏTL:   yarışçı söyüşə görə...  - YENİLƏNİB

Şağan İdman Olimpiya Kompleksində QƏTL: yarışçı söyüşə görə... - YENİLƏNİB

26 noyabr 2022 , 19:45
Bakı metrosunda "cibgir" saxlanıldı

Bakı metrosunda "cibgir" saxlanıldı

26 noyabr 2022 , 14:41
Gəncədə keçmiş məhkum adam bıçaqladı

Gəncədə keçmiş məhkum adam bıçaqladı

26 noyabr 2022 , 12:39
Tapılan avtomat

Mingəçevirdə avtomat satan tutuldu - FOTO

26 noyabr 2022 , 09:25
Məktəbli dönərçini bıçaqladı

Məktəbli dönərçini bıçaqladı

25 noyabr 2022 , 18:47