İntiharın arxasındakı  ACI DRAM:   Arvadı öldü, oğlu...
10 fevral 2021 10:42 (UTC +04:00)

İntiharın arxasındakı ACI DRAM: Arvadı öldü, oğlu...

Qazaxda 69 yaşlı kişinin intihar etməsi ilə bağlı yayılan hadisənin bir sıra təfərrüatları məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, rayonun Xanlıqlar kənd sakini Tofiq Xəlilov 2 il əvvəl şəkər xəstəliyindən əziyyət çəkən həyat yoldaşını itirib. Sonra keçmiş polis serjantı olan oğlu avtomobil qəzasında həlak olub. Deyilənə görə, əvvəllər mühəndis işləyən Tofiq kişi bir an belə ailəsində baş verən faciənin təsirindən ayılmayıb. Kənd sakinlərinin dediyinə görə, o, söhbət edərkən belə xüsusən, oğlunu yadına salıb yarım saatdan bir ağlayırmış. Məhz bunları unuda bilməyən yaşlı kənd sakini dünən günortadan sonra evinin eyvanındakı armaturdan özünü asıb. Hadisə baş verərkən evdə yalnız bir azyaşlı nəvəsi olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4713
avatar

Mehman Nəbiyev

Oxşar yazılar