Həmkəndlisini bıçaqlayan tutuldu
12 iyul 2021 12:05 (UTC +04:00)

Həmkəndlisini bıçaqlayan tutuldu

Kürdəmirdə bıçaqlanma hadisəsi olub.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, Kürdəmir rayonu Muradxan kənd sakini İbrahim Salmanovun bıçaqla yetirilmiş kəsilmiş-deşilmiş xəsarəti ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə rayon Polis Şöbəsinə məlumat daxil olub.

Məlumatla əlaqədar polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində zərərçəkənə xəsarət yetirən həmkəndlisi Amil Abuşov saxlanılıb. O, dindirilmə zamanı törətdiyi əməli etiraf edərək, İ.Salmanova aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.

Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsində araşdırmalar aparılır.

# 1416
avatar

Mehman Nəbiyev

Oxşar yazılar