Həbsdə olan "qanuni oğru" diş fırçası üstündə  dalaşdı
22 oktyabr 2024 15:00 (UTC +04:00)

Həbsdə olan "qanuni oğru" diş fırçası üstündə dalaşdı

Komi Respublikasının kriminal aləminin liderlərindən biri şikayət ərizəsi ilə Ali Məhkəməyə müraciət edib. Ötən ilin iyununda ömürlük həbs cəzasına məhkum edilmiş Yuri Piçuqin Sıktıvkardakı 1 saylı istintaq təcridxanasının əməkdaşları ilə dalaşıb.

Lent.az Rusiya mediasına istinadla xəbər verir ki, təcridxana işçiləri ona elektrik diş fırçası verməkdən imtina ediblər. Eyni zamanda, stomatoloji mərkəz daha əvvəl Piçuqaya “müalicə və implantasiyanın nəticələrini saxlamaq” üçün müasir qadcetdən istifadə etməyi tövsiyə edib.

Yaxınları diş fırçasını cəza çəkən şəxsə verib. Amma istintaq təcridxanasında onlara bildirilib ki, belə bir bağlama vacib əşyalar siyahısına daxil deyil. Bundan əlavə, Piçuqinin saxlandığı cəzaçəkmə müəssisəsinin tibb bölməsinin mütəxəssisləri məhkumun elektrik fırçasından istifadə etmək üçün heç bir tibbi göstərişinin olmadığını deyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2820
avatar

Mehman Nəbiyev

Oxşar yazılar