Göyçayda maskalı şəxs satıcı qadına DƏHŞƏT YAŞATDI
06 oktyabr 2022 13:09 (UTC +04:00)

Göyçayda maskalı şəxs satıcı qadına DƏHŞƏT YAŞATDI

Göyçay şəhərində mağazaların birində quldurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, maskalı şəxs obyektə girərək, orada satıcı işləyən qadını əlindəki bıçaqla hədələyib, kassada olan 500 manat pulu ələ keçirib.

Daxil olmuş müraciət əsasında rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zəruri prosessual hərəkətlər icra edilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Ağdaş rayon sakini Cahangir Məmmədov tutularaq istintaqa təhvil verilib.O, ifadəsində əməlini etiraf edib və quldurluq yolu ilə ələ keçirdiyi pulu xərclədiyini bildirib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb, saxlanılan şəxsin ətrafında zəruri istintaq hərəkətləri davam etdirilir.

# 3027
avatar

Oxşar yazılar