Gənc qız anasını baltalayıb meyitini yandırdı
18 may 2023 10:21 (UTC +04:00)

Gənc qız anasını baltalayıb meyitini yandırdı

Rusiyada anasını amansızlıqla öldürən gənc qıza hökm oxunub.

Lent.az yerli mediaya istinadla bildirir ki, 50 yaşlı qadının qətli 2021-ci ilin avqustunda Novosibirsk vilayətinin Tolmaçevski kəndində baş verib.

Məlum olub ki, 20 yaşlı qız şəxs anası ilə mübahisə edib və onu hamamda balta ilə öldürüb. O, zərərçəkənin başına ən azı beş zərbə vurub, nəticədə qadın yerindəcə ölüb. Daha sonra qızı məsuliyyətdən azad olmaq niyyətilə meyitə od vuraraq evi yandırıb və qonşuları köməyə çağırıb.

Məhkəmənin qərarı ilə qız ümumi rejimli cəzaçəkmə müəssisəsində 6 il müddətinə azadlıqdan məhrum edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2685

Oxşar yazılar