Gənc oğlan 17 yaşlı qızı zorlayıb öldürdü
29 may 2024 10:19 (UTC +04:00)

Gənc oğlan 17 yaşlı qızı zorlayıb öldürdü

Rusiyanın Trans-Baykal diyarında 28 yaşlı yerli sakin 17 yaşlı qızı zorlayıb öldürdüyünə görə iki ay müddətinə həbs edilib.

Lent.az yerli mediaya istinadla bildirir ki, mayın 25-də səhər saatlarında Çitanın Jeleznodorojnı rayonunda sərxoş şəxs azyaşlıya təcavüz edərək onu boğub. O, cinayət törədildikdən bir neçə saat sonra saxlanılıb.

Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 131-ci maddəsinin 3-cü hissəsinin “a” bəndi və 105-ci maddəsinin 2-ci hissəsinin “k” bəndi (“zorlama ilə bağlı adam öldürmə”) ilə iş başlanıb. Müstəntiqlər təqsirləndirilən şəxsi dindirib, o, təqsirini qismən etiraf edib. Qeyd olunur ki, təqsirləndirilən şəxs 4 dəfə cinayət məsuliyyətinə cəlb edilib.

Hazırda onu ömürlük həbs gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3462
avatar

Oxşar yazılar