Gənc arvadı qaçırılan ər Lent.az-a DANIŞDI:   "Şikayətçi deyiləm" - YENİLƏNİB
10 fevral 2021 13:03 (UTC +04:00)

Gənc arvadı qaçırılan ər Lent.az-a DANIŞDI: "Şikayətçi deyiləm" - YENİLƏNİB

Lerikdə arvadı qaçırılan Araz Səfərov Lent.az-a danışıb.

O, 1 aydan artıqdır ki, qaçırılan qadınla ailəli olduğunu bildirib. Onun sözlərinə görə, pandemiya olduğu üçün yığıncaq keçirmədən nişanlısını öz evlərinə gətirib:

“Qonşu kişi ilə1 ildən çox imiş ki, aralarında münasibət olub. Öz xoşu ilə qoşulub qaçdığını deyib. Buna görə də, polisə müraciət etməmişəm. Öz xoşu ilə getdiyi üçün şikayət etməyəcəm".

***

Saat: 12:27

Lerikdə qeyri-adi hadisə baş verib.

Lent.az-ın əldə etdiyi məlumata görə, fevralın 6-da Kaqoy kənd sakini 31 yaşlı Məhəbbət Nağıyev qonşusunun 1 aylıq arvadını qaçırıb. Məlumata əsasən, o,  19 yaşlı gəlini Bakıya qaçırıb. Bildirilir ki, qaçırılan qız Astara rayon sakinidir.

Gəlini qaçıran şəxsin bundan əvvəl 2 dəfə evli olub boşandığı bildirilir.

Hadisəni kəndin bələdiyyə sədri Aqil Səfərli də Lent.az-a təsdiqləyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 48699
avatar

Mehman Nəbiyev

Oxşar yazılar