Bakıda quldurluq hadisəsi olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, dekabrın 12-də gecə saatlarında Xətai rayonu ərazisində bir nəfər kəsici alətlə hədələnərək 250 manatı əlindən alınıb.
Bu barədə polisə məlumat daxil olub. Xətai rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən 28 yaşlı İ.Bağırov müəyyən olunaraq saxlanılıb.
Xətai rayon Polis İdarəsində araşdırma aparılır.