Nişad Musayev
05 fevral 2022 14:05 (UTC +04:00)

Nişad Musayev

Evində narkotik gizlədən keçmiş məhkum saxlanıldı - FOTO

Göyçayda evdən külli miqdarda narkotik tapılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, Göyçay rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində evində narkotik vasitə və psixotrop maddə gizlədən, əvvəllər də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Nişad Musayev saxlanılıb.

Onun şəhər ərazisindəki yaşadığı ünvana baxış keçirilərkən oradan satış məqsədilə saxladığı heroin, tiryək, qurudulmuş marixuana və metamfetamin aşkarlanaraq götürülüb.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsində cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Nişad Musayev barəsində həbs-qətimkan tədbiri seçilib.

# 1686
avatar

Mehman Nəbiyev

Oxşar yazılar