Bakıda evdən külli miqdarda oğurluq edilib.
DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, yanvarın 26-da Nərimanov rayonu ərazisindəki evlərin birindən 20.min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Nərimanov rayon Polis İdarəsi 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş V.Allahverdiyev saxlanılıb.