Krımın Simferopol rayonunun Partizanskoye kəndində kişi xəyanət edən arvadını və onun sevgilisini öldürüb.
Lent.az Rusiya mediasına istinadla xəbər verir ki, evə gələn kişi arvadının tək olmadığını və başqa kişi ilə cinsi əlaqədə olduğunu görüb. Bundan qəzəblənən ər ov tüfəngini götürərək arvadını və sevgilisini güllələyib. Nəticədə hər ikisi ölüb.
Daha sonra qısqanc kişi intihara cəhd edib.
O, ağrıya dözə bilməyib və özü təcili yardım çağırıb. Kişi xəstəxanadan qaçmağa çalışsa da, o, saxlanılaraq ciddi mühafizəyə götürülüb. Faktla bağlı cinayət işi açılıb.