ƏR-ARVAD EVDƏ ÖLÜ TAPILDI:  “2 körpə valideynlərini oynamağa səsləyirdi...” 
03 fevral 2022 19:24 (UTC +04:00)

ƏR-ARVAD EVDƏ ÖLÜ TAPILDI: “2 körpə valideynlərini oynamağa səsləyirdi...” 

Rusiyanın Rostov vilayətində gənc ər-arvad yaşadıqları mənzillərində qohumları tərəfindən ölü tapılıb.

Lent.az Rusiya İstintaq Komitəsinə istinadən xəbər verir ki, cütlüyün 2 və 3 yaşlarında olan qızları meyitlərin yanında olublar.

Onların ölümündən, təxminən bir sutka sonra qızın anası övladlarına baş çəkmək üçün Şoloxov prospekti, 30 ünvanına gəlib. Mənzilə daxil olanda qızının və ərinin mətbəxdə yerə uzandığının şahidi olub: “Azyaşlılar valideynlərini oynamağa çağırırdı, nə baş verdiyini başa düşmürdülər”.

Hüquq-mühafizə orqanlarından bildirilib ki, cütlüyün üzərində hər hansı zorakılıq əlamətləri aşkarlanmayıb və ölümün səbəbləri də aydın deyil.
 

# 4083
avatar

Rəsul SARI

Oxşar yazılar