Dünən cinayət törədən 43 nəfər saxlanıldı - KRİMİNAL XRONİKA
13 sentyabr 2022 09:46 (UTC +04:00)

Dünən cinayət törədən 43 nəfər saxlanıldı - KRİMİNAL XRONİKA

Sentyabrın  12-də ölkə ərazisində qeydə alınan 40, əvvəlki dövrlərdən bağlı qalan 17 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 70, o cümlədən borclu şəxs qismində axtarışda olan 56 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 1 nəfər isə xəsarət alıb.  

Narkotiklərlə əlaqəli 28, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.

# 2007
avatar

Mehman Nəbiyev

Oxşar yazılar