Dostunu öldürüb qaçdı, Bakıda  TUTULDU
28 mart 2022 13:21 (UTC +04:00)

Dostunu öldürüb qaçdı, Bakıda TUTULDU

Gəncə şəhər Baş Polis İdarəsinə martın 23-də saat 23 radələrində şəhər sakini, 31 yaşlı Abbas Əliyevin kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilməsi və orada ölməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, şəhərin polis və prokurorluq orqanları əməkdaşları müvafiq tədbirlər keçirib.

Araşdırmalarla A.Əliyevi həmyerlisi, əvvəllər məhkum olunmuş E.Quliyevin bıçaqla qətlə yetirməsi müəyyən olunub.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində E.Quliyev paytaxtın Binəqədi rayonu ərazisində tutularaq istintaqa təhvil verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3171
avatar

Mehman Nəbiyev

Oxşar yazılar