Rusiyanın Moskva vilayətinin sakini öz dostunu öldürüb və meyitini yandırıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, Moskva vilayətində kişi tanışı, 32 yaşlı Kaşirə sakinini qətlə yetirməkdə ittiham olunur. O, altı ay əvvəl, martın 8-də evdən çıxıb. Bu müddət ərzində itkin düşən şəxsin axtarışları davam edib. Heç kim onun harada olduğunu və başına nə gəldiyini bilməyib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, itkin düşən şəxs dostuna baş çəkməyə gedib. Onlar arasında münaqişə olub və biri digərini öldürüb.
Qətl törətməkdə şübhəli bilinən şəxs saxlanılıb və törətdiyi cinayəti etiraf edib. Oktyabrın 14-də ona qarşı cinayət işi açılıb. Təhlükəsizlik qüvvələri hadisənin başvermə şəraitini araşdırır.