Bu respublikaya "nəzarət edən" "qanuni oğru"  MƏHKƏMƏ QARŞISINDA
23 dekabr 2021 13:10 (UTC +04:00)

Bu respublikaya "nəzarət edən" "qanuni oğru" MƏHKƏMƏ QARŞISINDA

Rusiyanın Çuvaşiya respublikasının Ali Məhkəməsi “Fin” ləqəbli “qanuni oğru” Andrey Finoqenovun istintaqına başlayıb.

Lent.az-ın Rusiya KİV-ə istinadla məlumatına görə, o , bir sıra cinayətlərdə ittiham olunur. Məlumata əsasən, o, Çuvaşiya respulikası ərazisində “Çapayevskaya”, “Morqauşevskaya”, “Şumerlinskaya”, “Kozlovskaya” və “Strelka” adlı 5 cinayətkar dəstə saxlamaqda, reketlik və quldurluqda təqsirli bilinir.

Bundan başqa, o, bütün respublikaya nəzarət edən “qanuni oğru” kimi ad çıxarıb. Saxlanılan zaman onun üzərində 15 milyon rubl pul və tapança aşkarlanıb.

Onu 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Andren Finoqenov

# 2541
avatar

Mehman Nəbiyev

Oxşar yazılar