Bu il Bakıda 24 adam öldürmə  cinayəti baş verib
16 iyul 2024 16:33 (UTC +04:00)

Bu il Bakıda 24 adam öldürmə cinayəti baş verib

Bakı şəhər prokurorluğunun 2024-cü ilin I yarımilinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Lent.az xəbər verir ki, müşavirədə çıxış edən Bakı şəhər prokuroru Elşən Abbasov qeyd edib ki, 2024-cü ilin birinci yarımili  ərzində Bakı şəhərinin prokurorluq və daxili işlər orqanları üzrə cəmi 8011 cinayət hadisəsi qeydiyyata alınıb ki, onların 88,6 %-nin açılması təmin olunub.

Bakı şəhərinin daxili işlər orqanları ilə birlikdə qarşılıqlı işgüzar münasibətlər qurulmaqla həyata keçirilən tədbirlər nəticəsində hesabat dövründə törədilən 24 qəsdən adam öldürmə cinayətlərinin açılması təmin edilib. 

Qəsdən sağlamlığa ağır zərər vurma, qəsdən sağlamlığa az ağır zərər vurma, oğurluq, soyğunçuluq, quldurluq, mənimsəmə və israf etmə, qaçaqmalçılıq, ekoloji cinayətlərin, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı azalmış, dələduzluq, hədə-qorxu ilə tələb etmə, xuliqanlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma hadisələrinin sayında isə artım müşahidə olunub. 

Bildirilmişdir ki, ümumilikdə şəhərin prokurorluq orqanları tərəfindən hesabat dövründə 124 cinayət işinin ibtidai istintaqı tamamlanıb, onlardan 89 iş baxılması üçün müvafiq məhkəmələrə göndərilib. Paytaxtın daxili işlər orqanlarının istintaq qurumları tərəfindən isə hesabat dövründə cəmi 3256 cinayət işinin istintaqı tamamlanaraq, 2570 iş məhkəmələrə göndərilib. 

Bakı şəhəri üzrə prokurorluq orqanları tərəfindən ibtidai istintaqı tamamlanmış cinayət işləri üzrə ümumilikdə dövlətə, fiziki və hüquqi şəxslərə vurulmuş 6 milyon 492 min 425 manat məbləğində maddi ziyanın 3 milyon 527 min 109 manatı və ya 54,3%-nin ödənilməsi təmin edilib. 

Müşavirədə həmçinin axtarışda olan, xəbərsiz itkin düşmüş şəxslərin tapılması istiqamətində intensiv istintaq və əməliyyat-axtarış tədbirlərinin aparılması ilə bağlı konkret tapşırıqlar verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 390
avatar

Oxşar yazılar