Borca görə dostunu qaynar su ilə yandırdı
27 may 2023 13:01 (UTC +04:00)

Borca görə dostunu qaynar su ilə yandırdı

İvanovo vilayətində kişi borcuna görə dostunu üzərinə qaynar su tökərək öldürüb.

Lent.az Rusiya KİV-ə istinadla bildirir ki, hadisə mayın 22-də Arxipovka kəndində baş verib. 45 yaşlı kənd sakini sərxoş vəziyyətdə 36 yaşlı həmkəndlisinin evinə gələrək ondan borcunu istəyib. İstədiyinə nail ola bilmədiyi üçün zərərçəkmişi çubuqla döyüb və üzərinə bir neçə çaydan qaynar su töküb. Daha sonra meyiti yandırıb, öldürdüyü şəxsin mobil telefonunu özü ilə götürüb və hadisə yerini tərk edib.

Kişi aldığı xəsarətlərdən dünyasını dəyişib. Təqsirləndirilən şəxs tutularaq istintaqa təhvil verilib.

# 2415
avatar

Oxşar yazılar