"BMW"dən 8 min manata yaxın pul OĞURLANDI
17 sentyabr 2022 18:30 (UTC +04:00)

"BMW"dən 8 min manata yaxın pul OĞURLANDI

Bakıda avtomobildən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, sentyabrın 14-də Yasamal rayonu ərazisində “BMW” markalı bir avtomobildən 7790 manatın oğurlanıb.

Bu barədə Yasamal rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinə müraciət daxil olub. 

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Fəzail Quliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

# 1872
avatar

Aytəkin Cəlali

Oxşar yazılar