Bərdə rayon sakini Y. Məmmədov DİN-in “102 - Zəng Mərkəzi”nə və rayon Polis Şöbəsinə müraciət edərək ona məxsus “VAZ-21723” markalı avtomobilin rayon ərazisindən oğurlanması barədə məlumat verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində özgəsinə məxsus avtomobili qaçıran şəxsin Bərdə rayon sakini Səməd Bayramov olduğu müəyyən edilib.
S. Bayramov Mingəçevir şəhəri ərazisində avtomobillə birgə saxlanılaraq istintaqa təqdim edilib.