Başqa kənddə həmkəndlisini bıçaqladı
06 yanvar 2023 09:56 (UTC +04:00)

Başqa kənddə həmkəndlisini bıçaqladı

Göyçayda bıçaqlanma hadisəsi olub.

Lent.az xəbər verir ki, hadisə rayonun İnçə kəndində baş verib. Aşağı Qaraməryəm kənd sakini 33 yaşlı Əhsən Kazımov həmkəndlisi 29 yaşlı Cavidan Ələsgərova 1 ədəd bıçaq xəsarəti yetirib.

Məlumata görə, həmkəndlilər arasında münaqişə şəxsi münasibətlər zəminində baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Mənsimov Lent.az-a bildirib ki, hadisəni törədən şəxs saxlanılıb. Hazırda araşdırma aparılır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1934

Oxşar yazılar