Ələ keçirilən silah
17 fevral 2023 11:12 (UTC +04:00)

Ələ keçirilən silah

Bakıda silah alverçisi tutuldu - VİDEO

Bakıda silah satışı və oğurluq faktına görə əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbir nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən Vüsal Əzimov saxlanılıb. Onun üzərinə baxış zamanı 1 ədəd “Naqan” markalı tapança və 3 ədəd patron aşkar edilərək götürülüb. Vüsal Əzimov odlu silahı bir neçə ay əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.

Bölmə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat zamanı Bakıxanov qəsəbəsində yerləşən marketlərdən birindən pul, mobil telefon və tütün məmulatları oğurlayan İlham Hümbətov da saxlanılıb. Araşdırmalar zamanı onun Bakıxanov qəsəbəsində daha bir neçə obyektdən oğurluq etdiyi müəyyən edilib.

Faktlarla bağlı 13-cü Polis Bölməsində toplanan materiallar Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib, arşadırmalar davam etdirilir.

Bu şəxslərin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına, DİN-in “102” Zəng Mərkəzinə və sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

# 2835
avatar

Oxşar yazılar