Bakıda qadını döyüb 11 min manatını  aldı
09 fevral 2023 13:00 (UTC +04:00)

Bakıda qadını döyüb 11 min manatını aldı

Bakıda qadına qarşı quldurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Nizami rayonu ərazisində bir qadının döyülməsi və hədə-qorxu gəlməklə 11.000 manat pulunun alınması barədə polisə məlumat daxil olub.

Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Kürdəmir rayon sakini, əvvəllər məhkum olunmuş M.Qəniyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2840

Oxşar yazılar