Şəmkirdə istixana yandı
07 iyul 2025 21:15 (UTC +04:00)

Şəmkirdə istixana yandı

Şəmkirdə yanğın hadisəsi baş verib.

Lent.az xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə hadisə rayon ərazisində qeydə alınıb.

Rayon sakininə məxsus istixanada anidən yanğın başlayıb. Dərhal əraziyə FHN-in yanğın söndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib.

Yanğın zamanı istixana və istixanaya bitişik olan yardımçı tikilinin yanar konstruksiyaları, taxta tullantıları yanıb.

Həmçinin istixananın yaxınlığında olan 300 m² sahədə kol-kos yanıb. Yanğın söndürülüb, yaxınlıqda olan bir neçə ev yanğından mühafizə edilib.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 468

Oxşar yazılar