Götürülən narkotiklər
29 mart 2022 19:55 (UTC +04:00)

Götürülən narkotiklər

Bakıda "parnik"də narkotik əkib-becərən saxlanıldı - VİDEO

Bakının Hövsan qəsəbəsində bağındakı istixanada narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbir nəticəsində əvvəllər də narkotiklərin satışı ilə məşğul olduğu üçün dəfələrlə məhkum edilmiş Mahir Rəfiyev saxlanılıb.

Onun Hövsan qəsəbəsində həyətindəki istixanadan xüsusi olaraq əkib-becərdiyi yaş halda  çəkisi 10 kiloqram olan 51 ədəd çətənə kolu və satmaq üçün kibrit qutularında qablaşdırdığı çəkisi 2 kiloqram olan marixuana aşkar edilib. Mahir Rəfiyev narkotik tərkibli bitkiləri satmaq məqsədi ilə əkib-becərdiyini bildirib.

Faktla bağlı saxlanılan şəxs barəsində 30-cu Polis Şöbəsində toplanan materiallar Suraxanı rayon Polis İdarəsinə göndərilib.

Mahir Rəfiyevin ətrafında əməliyyat tədbirləri davam etdirilir.

Bakıda istixanada narkotik əkib-becərən saxlanıldı

# 1851
avatar

Mehman Nəbiyev

Oxşar yazılar