Bakıda oğul atasını  bıçaqladı
08 iyun 2024 15:41 (UTC +04:00)

Bakıda oğul atasını bıçaqladı

Bakıda bıçaqlanma hadisəsi olub.

Lent.az-ın məlumatına görə, hadisə Pirallahı rayonunda qeydə alınıb. 25 yaşlı Ömər Soltanovla yaşadıqları evdə atası Famil Soltanov arasında münaqişə yaranıb.

Münaqişə zamanı oğul atasına bıçaqla zərbə endirib.

Daxil olan məlumat əsasında polis əməkdaşları hərəkətə keçiblər. Əməliyyat tədbirləri nəticəsində hadisəni törədən Ö. Soltanov saxlanılıb.

Araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2544
avatar

Oxşar yazılar