Bakıda itkin düşən yeniyetmədən  YENİ XƏBƏR   -YENİLƏNİB
09 fevral 2021 11:39 (UTC +04:00)

Bakıda itkin düşən yeniyetmədən YENİ XƏBƏR -YENİLƏNİB

Bakıda itkin düşən yeniyetmə tapılıb.

Bu barədə Lent.az-a DİN mətbuat xidmətindən məlumat verilib. Bildirilir ki, itkin düşən 16 yaşlı Elcan Dəmirov tapılaraq ailəsinə təhvil verilib.

***

Saat: 09:42

Bakıda yeniyetmə itkin düşüb.

DİN mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yaşayan 16 yaşlı Elcan Dəmirov 2021-ci ilin fevralın 8-də diş həkiminə getmək adı ilə evdən çıxaraq geri qayıtmayıb. 

Evdən çıxarkən əynində tünd qırmızı rəngli gödəkçə, qara cins şalvar, qara idman ayaqqabısı və qırmızı rəngli köynək olub. Boyu təxminən 160-165 sm, sol qolunun aşağı hissəsində xüsusi əlamət sayılan 4-5 sm-lik kəsilmiş yara-çapıq izi var. 

Şəkildə gördüyünüz yeniyetməni görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi”nə, həmçinin Sabunçu Rayon Polis İdarəsinə (012) 425-02-02 şəhər və (055) 410-00-40 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

# 3057
avatar

Mehman Nəbiyev

Oxşar yazılar