Bakıda iki nəfər bir-birini bıçaqlayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı Lent.az-a bildirib ki, hadisə oktyabrın 14-də saat 23 radələrində Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində baş verib. 26 yaşlı Emil Kazımlının və 28 yaşlı Vasif Məmmədovun aralarında yaranmış münaqişə zəminində bir-birilərinə qarşılıqlı xəsarətlər yetirmələri, nəticə xəstəxanaya yerləşdirilmələri barədə polisə məlumat daxil olub.
Hadisə ilə bağlı ərazi polis orqanında araşdırma aparılır.
***
02:34
Bakının Sabunçu rayonunda dava zamanı bir nəfər bıçaq xəsarətləri alıb.
Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb.
1998-ci il təvəllüdlü Kazımlı Emil Emin oğlu dava zamanı bıçaqlanıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktı Sabunçu Rayon Polis İdarəsi araşdırır.