Bakının Nərimanov rayonunda Kosayev Tural Kamil oğlunun ölüm faktı üzrə aparılan ibtidai araşdırma başa çatıb.
Hərbi prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, Bakı hərbi prokurorluğunda istintaqı yekunlaşdırılan cinayət işi üzrə muvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Allahverdiyev İsmayıl İbrahim oğluna Cinayət Məcəlləsinin 120.2.4-cü (Ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 228.2.2-ci (Təkrarən qanunsuz olaraq odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını saxlama və gəzdirmə), 232.2.3-cü (öz qulluq mövqeyindən istifadə etməklə odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını talama) və digər maddələri ilə ittiham elan edilib.
Firad Əliyev
İş üzrə toplanan materiallar baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.
Lent.az-ın əldə etdiyi mnəlumata görə, qətli törədən İsmayıl Allahverdiyev N saylı hərbi hissənini hərbi qulluqçusu olub.
Xatırladaq ki, hadisə bu il iyunun 26-da Nərimanov rayonunda baş verib. 24 yaşlı Kosayev Tural Kamil oğlu odlu silahla qətlə yetirilib. Polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Allahverdiyev İsmayıl İbrahim oğlu saxlanılıb.
İsmayıl Allahverdiyevin tutulma anı