Xətai rayonu ərazisindəki 3 evdən ümumilikdə 30.000 ABŞ dolları pul və 9000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Lent.az DİN mətbuat xidmətinə istinadla bildirir ki, rayon Polis İdarəsi 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Ucar rayon sakini, əvvəllər məhkum olunmuş R.Məmmədov saxlanılıb.