Bakıda ev qarət olunub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, paytaxtın Sabunçu rayonu ərazisindəki evlərin birindən 6000 manat pul, 8000 manat dəyərində qızıl-zinət əşyaları və müşahidə kamerasının yaddaş qurğusunu oğurlanıb.
Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini C.Babayev saxlanılıb, digər bir nəfərin isə şəxsiyyəti müəyyən edilib.