Bakıda əmi və qardaşı oğlu  BIÇAQLANDI
19 aprel 2022 12:38 (UTC +04:00)

Bakıda əmi və qardaşı oğlu BIÇAQLANDI

Bakıda bıçaqlanma hadisəsi olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, aprelin 18-də saat 17 radələrində Lökbatan qəsəbəsində Bakı şəhər sakini Ə.Kərimov və qardaşı oğlu O.Kərimova münaqişə zəminində çoxsaylı bıçaqla xəsarətləri yetirilib.

Bu barədə Qaradağ rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinə məlumat daxil olub.

Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Füzuli rayon sakini Tariyel Vəliyev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı Qaradağ rayon Polis İdarəsində araşdırma aparılır.

# 2322
avatar

Mehman Nəbiyev

Oxşar yazılar