Bakıda  DƏHŞƏT:   oğul anasını yandırdı
15 oktyabr 2021 12:16 (UTC +04:00)

Bakıda DƏHŞƏT: oğul anasını yandırdı

Bakıda 3 ay əvvəl baş verən hadisənin yeni təfərrüatları məlum olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, bu il iyul ayının 2-də Xəzər rayonu, Binə qəsəbəsində yaşayan G.Nəsirova evinin hamam otağında su qızdırıcısının partlaması nəticəsində qaynar sudan aldığı yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Daxil olmuş məlumatla əlaqədar Xəzər rayon Polis İdarəsi 3-cü Polis Bölməsinin əməkdaşlarının apardığı araşdırmalarla qadının su qızdırıcısının partlaması nəticəsində qaynar sudan deyil, əri C.Nəsirovun təkidi ilə oğlunun anasının üzərinə qaynar su tökməsi nəticəsində yanıq xəsarətləri alması müəyyən edilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126-cı (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə C.Nəsirov və oğlu saxlanılaraq istintaqa təhvil veriliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4011
avatar

Mehman Nəbiyev

Oxşar yazılar