Bakıda xuliqanlıq hadisəsi olub.
DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, fevralın 17-də saat 3 radələrində Türkan qəsəbəsində yerləşən, şəhər sakini N.Quliyevaya məxsus daş karxanasında qohumu S.Quliyev xuliqanlıq zəminində tüfəngdən havaya atəş açaraq, orada işləyən Ə.Qurbanovu və Ə.Tahirovu döyüb.
Dərhal Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən qəsəbə sakini S.Quliyev saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.