Bakıda bacılar birləşib quldurluq etdi
08 iyun 2023 11:57 (UTC +04:00)

Bakıda bacılar birləşib quldurluq etdi

Bakıda quldurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, iyunun 7-də gecə saatlarında bir qrup şəxsin Suraxanı rayonu ərazisindəki evlərin birindən quldurluq yolu ilə 870 manat pul, 1 ədəd qızıl üzük, 2 ədəd mobil telefon, 1 ədəd televizor, 1 ədəd qol saatı, 1 ədəd gümüş saat, 1 ədəd sadə boyunbağı və sənədləri talayıb aparmaları barədə polisə məlumat daxil olub.

Bakı şəhər Baş Polis İdarəsi və Suraxanı rayon Polis İdarəsinin 31-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri ilə quldurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri H.Əkbərov, R.Əşrəfzadə və bacısı H.Əşrəfzadə saxlanılıb, digər bir nəfərin isə şəxsiyyəti müəyyən olunub.

Suraxanı rayon Polis İdarəsində araşdırma aparılır.

# 3000
avatar

Oxşar yazılar